preloaderlogo

Layihələndirmə

Dostlar! Sizləri RENAISSANCE GROUP şirkətinin saytında salamlamaqdan məmnunuq. Şirkətimiz tikintidə layihələndirmə üzrə ixtisaslaşmışdır. Biz Sizə sözün əsl mənasında Sifarişçilərimizin ehtiyaclarının anlaşılmasını, nizam-intizamlılıq, məsuliyyətlilik və dürüstlük təklif edirik. Yaradıcı prosesin – layihələndirilmənin təşkilli haqqında bir qədər məlumat vermək istərdik.

RENAISSANCE GROUP-da layihələndirmə texnologiyasının ümumi təşkilinə və riayət olunmasına xüsusi diqqət ayrılır, belə ki, memarlıq layihələndirməsi –çoxvariantlı bir prosesdir və son nəticə məhz bu prosesin idarə olunma keyfiyyətindən asılıdır. Şirkətimiz Azərbaycanın azmərtəbəli qəsəbələrinin, iri və ən iri şəhərlərinin layihələndirilməsi məsələsinə bütöv bir yanaşma təklif edir. Bu məsələ mütəxəssislərimiz tərəfindən hərtərəfli təhlil olunur – demoqrafik, mədəni, sosial, infrastruktur tərkib hissələri qiymətləndirilir, yaxın gələcək və uzun müddət üçün iqtisadi tərkib hissələri nöqteyi-nəzərindən təhlil təklif olunur.

Daimi təkmilləşmə bizə yüksək məhsuldarlığı təmin etməyə və demək ki, son məhsulun yüksək keyfiyyəti ilə yanaşı müddəti azaltmağa imkan verən əsas iş prinsiplərimizdəndir. Yüksək ixtisaslı mütəxəssislərin, müvafiq lisenziya və sertifikatların, eləcə də həmkar şirkətlərlə qurulmuş əlaqələrin geniş spektri bizə Baş layihəçi qismində çıxış etməyə imkan verir.

Onun bir hissəsi kimi kompleks layihələndirmə və memarlıq layihələndirməsi, binaların, qurğuların yoxlanılması – fəaliyyətimizin əsas istiqamətləridir. Yanaşı gedən işlər kimi ölçmə işlərini və fasadların pasportlarının yerinə yetirilməsi üzrə işləri qeyd etmək olar. İnkişaf davam edir… Sizləri həyatın yeni axınında gözləyirik… Sizə uğurlar və firavanlıq arzu edirik!

KATALOQU BURADAN