preloaderlogo

Dizayn işləri

RENAISSANCE GROUP şirkəti Bakı şəhərində mənzillərin, kotteclərin, ofislərin, restoran və barların, mağazaların, ticarət mərkəzlərinin, teatr və mehmanxanaların eksklüziv interyer və eksteryerlərinin yaradılması üzrə ixtisaslaşmışdır. Biz başlanğıc konsepsiyanın hazırlanması və dizayn-layihənin yaradılmasından obyektin tam komplektasiyada təhvil verilməsinə kimi Sizin interyer və eksteryerinizin yaradılmasında xidmətlərimizin tam kompleksini təklif edirik.

Dizayn-layihə interyer konsepsiyasını və onun həyata keçirilmə yollarını çox dəqiq ötürməyə imkan verir. Bəzək işlərinin görülməsi üçün zəruri olan çertyojlar komlektindən savayı dizayn-layihəyə Archicard proqramında yerinə yetirilmiş hər bir sahənin eskizləri, eləcə də divarlar boyu oyuqlar daxildir.

Dizayn-layihənin tərkibinə aşağıdakılar daxildir: Rekonstruksiyaya kimi olan plan Rekonstruksiyadan sonrakı plan (variantlar) Mebelin və sanitariya texnikası cihazlarının qoyulması ilə planlaşdırmanın təsdiq olunmuş variantı

Bəzək elementlərinin yerləşdirilmə planı (lazım gələrsə)
Tavanların planı (zəruri kəsişmə nöqtələri)
Çıraqların yerləşdirilmə sxemi
Elektrik açarlarının bağlanma planı
Döşəmələrin planı (zəruri kəsişmə nöqtələri)
Elektrik quraşdırma cihazlarının sxemi
Vizualizasiya planı
Sahələrin 3D eskizləri (4 nöqtədə perspektiv)
Bütün sahələrin divarlarında oyuqlar
Sahələrin bəzək işlərinin cədvəli
İstehsalçının göstərilməsi ilə mebel və avadanlıqların seçilməsi.

KATALOQU BURADAN