preloaderlogo

Təmir və tikinti

Mənzil v ofislərin təmiri, ev, kottec və hamamların tikintisi və təmiri bizim tikinti şirkətimizin prioritet istiqamətlərindəndir. Biz təkcə sürətli və keyfiyyətli işləmir, eyni zamanda nəticənin estetik cəlbedici və uzunömürlü olması üçün çalışırıq.

Əgər Siz məhz bizim şirkətimizə müraciət edərək sifarişlər versəniz, bizim hər bir müştəriyə fərdi yanaşmamızı və müştərinin heç bir arzusunun diqqətdən kənarda qalmadığını qiymətləndirə bilərsiniz. Bundan başqa daimi sifarişçilərimiz üçün bütün növ təmir və tikinti işlərinə çevik endirim sistemi var. Biz istənilən tip özül tökməkdən başlayaraq müxtəlif materiallardan olan dam örtüklərinin tikintisinə kimi fərdi evlərin, kotteclərin və hamamların tikintisini və təmirini həyata keçiririk.

RENAISSANCE GROUP tərəfindən yerinə yetirilən təmir xidmətlərinin spektrinə evlərin, kotteclərin, mənzil və ofislərin daxili və xarici bəzək işləri, pəncərələrin (plastik və taxta) dəyişilməsi və quraşdırılması, istənilən növ materiallardan istənilən konstruksiyalı qapı və otaqlararası arakəsmələrin dəyişilməsi və quraşdırılması, həmçinin müxtəlif bəzək və tikinti materiallardan istifadə etməklə müasir texnologiyalar üzrə döşəmələrin döşənməsi və tavanların təmiri daxildir.

Şirkətimizin yüksək ixtisaslı mütəxəssisləri sizə bu və ya digər texnologiyanın, məsələn tavanların (dartma vinil, asma gips-karton, yapışqanlı) və ya döşəmələrin (isti döşəmə texnologiyası, parket, laminat) seçimində yardımçı olacaqlar. Siz saytda olan koordinatlar vasitəsi ilə şirkətimizə müraciət edə və məhz öz təcrübənizdə gördüyümüz işlərin keyfiyyətindən, əməkdaşlarımızın üzərinə qoyulan vəzifənin öhdəsindən vicdan və ləyaqətlə gəlməsindən, həmçinin bütün xidmətlərimizin əlverişli qiymətlərindən əmin ola bilərsiniz.

KATALOQU BURADAN